Dünya

7 ayda 25 kişi ilə evlənən qadın həbs edildi

21 May 2025 20:39
Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda 23 yaşlı bir qadın Anuradha Pasvan  ölkənin müxtəlif bölgələrində 25 kişi ilə evlənib və onları aldadaraq qiymətli əşyalarını ələ keçirməkdə ittiham olunaraq saxlanılıb.

Milli.Az xəbər verir ki, o, evlilik və sevgi vədləri ilə kişiləri tora salıb, qısa müddət sonra isə ailələrindən oğurluq edərək izini itirib.

Araşdırmalar zamanı məlum olub ki, Anuradha hər dəfə evlənmək üçün saxta sənədlərdən istifadə edib. Toydan dərhal sonra bir neçə gün ərinin ailəsi ilə yaşayıb, daha sonra isə evdəki pul, qızıl və elektronik cihazları götürərək gecə ikən yoxa çıxıb.

Onun fırıldaqçılığı, zərərçəkmiş şəxslərdən birinin polisə müraciətindən sonra üzə çıxıb. Hazırda hüquq-mühafizə orqanları bu işlə bağlı geniş araşdırma aparır və digər zərərçəkmişlərin müəyyən olunması istiqamətində iş gedir.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.