Maraqlı

Qapalı nümayişdə Tom Kruzdan TƏCİLİ MESAJ! - VİDEO - FOTO

21 May 2025 17:35
Baxış: 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Park Cinema kinoteatrının Flame Towers filialında bütün dünyadan 3 gün öncə "Qeyri-Mümkün Missiya: Sonuncu Haqq-Hesab" filminə həsr olunmuş möhtəşəm Qapalı Nümayiş keçirilib.

Milli.Az xəbər verir ki, qapalı nümayişdə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Ətrafda sirrli və ajiotajlı atmosfer yaradılmışdır. Qonaqları Park Cinemanın qırmızı xalısı və gənclərin sevimli rok qrupu "GAGA" qarşıladı. Onlar hər kəs tərəfindən sevilən saundtreklərin canlı şəkildə kaverini təqdim etdilər. Bundan savayı bir müddətdən sonra səhnəyə filmin tərzinə uyğun geyinmiş rəqs qrupu daxil oldu.

Lakin tamaşaçılarda bircə sual yarandı: Tom Kruz haradadır?

Artıq tamaşaçılar IMAX zalına daxil olduqda gözlənilməz sürprizlə qarşılaşdılar. Ekranda filmin əvəzinə Tom Kruzdan təcili video-mesaj yazısı gəldi. Daha sonra süni intellektlə yaradılmış Tom Kruz daha öncə tamaşaçıların aşağıda əyləndiyi yerlərdən fraqmentləri eləcə də onların arasında 5 nəfər agentinin olduğunu qeyd etdi. Onların əsas missiyası Süni İntellektin Tom Kruza qarşı toplamış saxta materiallarla dolu filmi məhv edərək onu düzgün filmlə əvəzləmək idi. Agent rollarında aktyorlar Taleh Yüzbəyov, Ələkbər Əliyev, Mark Kim, eləcə də blogerlər Lalə Babayeva və Aysel Mirzoyeva iştirak etmişdilər. Daha sonra "Tom Kruz" sonuncu dəfə oynayacaq öz yeni filmini izləməyə dəvət edir və filmin özü başlayır.

"Qeyri-Mümkün Missiya: Sonuncu Haqq-Hesab"filmi Park Cinemada türk, ingilis və rus dillərində, eləcə də ölkənin ən böyük ekranı IMAX-da nümayiş olunur. Bundan savayı yalnız Park Cinemada bu filmi izləməmişdən öncə siz həmən bu maraqlı video-çarxı görəcəksiniz.

Biletlər:

https://new.parkcinema.az/az/movie/67ef94796f500c02f5d91a96

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.