Səhiyyə Nazirliyi bayram və istirahət günləri ilə əlaqədar əhaliyə müraciət edib.
Milli.Az xəbər verir ki, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşlara sanitar-gigiyenik qaydalara xüsusi diqqətlə yanaşmaqla bağlı çağırış edilib.
"Xüsusilə yüksək həssaslıq qrupuna aid olan şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etmələri, əl gigiyenasına ciddi riayət etmələri tövsiyə olunur. Eyni zamanda, immun sisteminin möhkəmləndirilməsi məqsədilə gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin ərzaqların daxil edilməsi məqsədəuyğundur.
Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına məsuliyyətlə yanaşmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə, özünü və ətrafındakıları mümkün yoluxma risklərindən qorumağa çağırır.
Unutmayaq ki, sağlamlıq hər birimizin birgə məsuliyyətidir", - müraciətdə qeyd olunub.
Milli.Az





