Hadisə

Gəncədə avtoxuliqanlıq edən “Changan” sürücüsü həbs edildi

30 Dekabr 2025 09:55
Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində "Changan" markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb.

Milli.Az xəbər verir ki, araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib.

Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub.

Bununla yanaşı, polis əməkdaşlarının keçirdikləri digər tədbirlər zamanı avtomobillərinə qanunsuz olaraq səs siqnalları quraşdıran bir neçə sürücü də müəyyən edilib. Həmin şəxslər barəsində də inzibati protokollar tərtib olunaraq məhkəməyə göndərilib.

Qeyd edək ki, il ərzində Gəncə şəhərində əhalinin haqlı narazılığına səbəb olan səs siqnallarından istifadə edən 34 sürücü müəyyən olunub və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Gəncə şəhərində yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə profilaktik tədbirlər etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.