Psixologiyaya görə tək sual ilə dəyərinizi ölçməyin yolu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanların sizə verdiyi dəyər, sizi öz həyatlarındakı "prioritetlər (üstünlüklər)" siyahısına hara qoymaları ilə birbaşa bağlıdır. Bu, sadəcə sözlərlə deyil, davranış və zaman ayırma forması ilə özünü büruzə verir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin qeyd etdiyi sual olduqca sadədir:
"Bu aralar sənin üçün ən vacib olan şeylər nələrdir?"
Bu sual qarşı tərəfi müdafiə olunmağa sövq etmədən, onun daxili dünyasını açmağa məcbur edir. Psixoloji baxımdan əhəmiyyətli olan məqam, bu suala verilən cavabda sizin yerinizin olub-olmamasıdır.
Psixoloqlara görə, dəyər görülüb-görülmədiyinizi anlamaq üçün bu detallara diqqət yetirməlisiniz:
- Sizi birbaşa qeyd edirmi: Sizinlə keçirdiyi vaxtı və ya sizi ən vacibləri arasında sayırmı?
- Tərəddüd edirmi: Cavab verərkən duruxurmu, yoxsa təbii şəkildə sizi qeyd edir?
- Ümumi ifadələr işlədirmi: Sizi "işlər", "ailə" və ya "dostlar" kimi ümumi anlayışların içində itirirmi?
- Mövzunu tez dəyişirmi: Sualdan qaçmaq üçün başqa tərəfə yönəlirmi?
Mütəxəssislər bildirir ki, "çox işim var", "bu aralar başım qarışıqdır" kimi ifadələr hər zaman mənfi məna daşımır. Lakin bu ifadələr mütəmadi təkrarlanırsa və həmin məşğuliyyət içində sizin üçün heç vaxt konkret yer açılmırsa, bu, psixoloji məsafənin göstəricisidir. Dəyər verilən insanlar, ən gərgin vaxtda belə prioritet olaraq qalırlar.
İnsan beyni dərindən önəm verdiyi şeyləri düşünmədən, avtomatik olaraq ilk sıralarda sadalayır. Zehnin ön plana çıxardığı bu ünsürlər insanın duyğusal iyerarxiyasını (hisslərin dərəcəsini) ortaya qoyur.
Yadda saxlamalı olduğunuz 4 əsas məqam:
- Dəyər verilən insan net şəkildə anılır.
- Qeyri-müəyyən cavablar məsafəyə işarə edir.
- Davranışlar hər zaman sözlərdən daha vacibdir.
- Ardıcıllıq və tutarlılıq ən güclü sübutdur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mikrodalğalı soba xərçəng yaradır?
-
Dünən bişirilən yeməyi bu gün yemək olarmı?
-
Evdə tək qalanda insanların ən çox qorxduğu 5 hadisə
-
"Yeşil çam"ın məşhur aktyoru illər sonra - (Video)
-
Gəlinin toy libası bəyə həyatının şokunu yaşatdı - (Video)
-
Həftə sonunun ən şanslı 3 bürcü
-
Sobada ətli kartof kolbasası resepti
-
Şəmkirdə vəzifəli şəxs öldü
-
Bakıda tuneldə su boruları partladı - Maşınların hərəkəti çətinləşdi
-
"Qəbələ" səfərdə "Şəfa"nı məğlub edib
-
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazandı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Çağatay evlənir? - Sevgilisi danışdı
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - (Video)
-
“Sən demə, sabah bazar günüdür” - TRIPP-in icrasının başlanma vaxtını açıqladı
-
“Qalatasaray”ın baş məşqçisi derbiyə buraxılmayacaq
-
Dünyaşöhrətli zərgər Bulqari vəfat edib
-
“Login” sözünün maraqlı tarixi
-
Sevinc Maniyeva vəfat etdi
-
Qazaxda kişi qazdan boğulub öldü
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Bakıda kişi evində ölü tapıldı
-
Noyabrın sonunda üç bürcün həyatı yaxşılaşacaq





