Psixologiyaya görə tək sual ilə dəyərinizi ölçməyin yolu

30 Dekabr 2025 06:35

İnsanların sizə verdiyi dəyər, sizi öz həyatlarındakı "prioritetlər (üstünlüklər)" siyahısına hara qoymaları ilə birbaşa bağlıdır. Bu, sadəcə sözlərlə deyil, davranış və zaman ayırma forması ilə özünü büruzə verir.

Milli.Az xəbər verir ki, mütəxəssislərin qeyd etdiyi sual olduqca sadədir:

"Bu aralar sənin üçün ən vacib olan şeylər nələrdir?"

Bu sual qarşı tərəfi müdafiə olunmağa sövq etmədən, onun daxili dünyasını açmağa məcbur edir. Psixoloji baxımdan əhəmiyyətli olan məqam, bu suala verilən cavabda sizin yerinizin olub-olmamasıdır.

Psixoloqlara görə, dəyər görülüb-görülmədiyinizi anlamaq üçün bu detallara diqqət yetirməlisiniz:

Mütəxəssislər bildirir ki, "çox işim var", "bu aralar başım qarışıqdır" kimi ifadələr hər zaman mənfi məna daşımır. Lakin bu ifadələr mütəmadi təkrarlanırsa və həmin məşğuliyyət içində sizin üçün heç vaxt konkret yer açılmırsa, bu, psixoloji məsafənin göstəricisidir. Dəyər verilən insanlar, ən gərgin vaxtda belə prioritet olaraq qalırlar.

İnsan beyni dərindən önəm verdiyi şeyləri düşünmədən, avtomatik olaraq ilk sıralarda sadalayır. Zehnin ön plana çıxardığı bu ünsürlər insanın duyğusal iyerarxiyasını (hisslərin dərəcəsini) ortaya qoyur.

Yadda saxlamalı olduğunuz 4 əsas məqam:

Lalə Qüdrətova
Milli.Az