Türkiyə

Türkiyə ilə bağlı qorxulu açıqlama: “Bu sadəcə başlanğıcdır”

21 May 2025 17:15
Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, dünən axşam İstanbulda 4 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, qısa müddətli panikaya səbəb olan təkan nəticəsində xəsarət və dağıntı qeydə alınmayıb.

Mövzu ilə bağlı açıqlama verən zəlzələ mütəxəssisi Prof. Dr. Şener Üşümezsoy bildirib ki, bu təkanlar bir-birini tamamlayan qırıqlar zənciri kimi qiymətləndirilməlidir:

"Bir fay xətti bir anda tam qırılmır. Gərginlik qonşu hissələrə də ötürülə bilər."

TGRT News-a danışan Prof. Dr. Şükrü Ersoy isə qorxulu bir vəziyyət olmadığını bildirib:
"Bu təkan dağıdıcı deyil. 23 apreldə baş verən güclü zəlzələlərdən sonra bu cür təkrar təkanlar təbiidir. Bölgədə enerji tədricən boşalır."

Professor Övgün Əhməd Ərcan isə deyib ki, bu cür lokal zəlzələlər əsas qırılmadan əvvəl baş verə bilər:

"Bu, böyük İstanbul zəlzələsinin siqnalı kimi qəbul edilməlidir".

Geoloq Cəlal Şəngör də oxşar düşüncədədir.

"Əgər yenə 6,2 bal gücündə zəlzələ olarsa, bu, İstanbulda gözlənilən böyük zəlzələyə işarədir", - o bildirib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.