İdman

"Beşiktaş" prezidentinin oğlunun 20 milyonluq "Ferrari"si kül oldu - FOTO

21 May 2025 13:33
Baxış: 1 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşiktaş" klubunun prezidenti Serdal Adalının oğlu Celal Alaz Adalı "Ferrari"si ilə hərəkətdə olarkən mühərrik hissəsində anidən yanğın olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə lüks avtomobil tamamilə yanıb külə dönüb.

20 milyon lirə qiyməti olan bu avtomobil Eyüpsultan Hasdal-Kemerburgaz yolunda yanıb.  Celal mühərrik hissəsində alovun başladığını görüb və maşını yolun kənarına çəkib.

Hadisə yerinə yanğınsöndürmə əməkdaşları çağırılıb. Alov nəzarət altına alınsa da, istifadəyə yararsız hala qalıb.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.