Türkiyənin əfsanəvi "Yeşilçam" aktrisası Fatma Girikin ölümündə səhlənkarlıq iddiası ilə bağlı qaldırılan məhkəmə prosesi yekunlaşıb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, məhkəmədə cinayət təqibinə ehtiyac olmadığı məlum olub.
Belə ki, qərarda "Yeşilçam" ulduzuna göstərilən müalicədə səhlənkarlığın olmadığı bildirilib.
Ekspertiza rəylərinin başa çatmasından sonra hazırlanan hesabatda aktrisanın COVID-19-la bağlı inkişaf edən orqan çatışmazlığından vəfat etdiyi, tibbi müdaxilədə hər hansı bir səhvə yol verilmədiyi qeyd olunub.
Xatırladaq ki, Fatma Girik 2022-ci il yanvarın 24-də 79 yaşında vəfat edib. Aktrisanın qardaşı Günay Girik xəstəxananı səhlənkarlıqda ittiham edib.
Fidan
Milli.Az