19:50
Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub.
Milli.Az-ın məlumatına görə, "Mercedes ML" markalı avtomobilin hərəkətdə olmayan "MAN" markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib.
R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu.
Qeyd edək ki, qəza zamanı daha iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
-----------
00:39
Bakı - Quba yolunun 30-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Abdullayev Samiq Fərhad oğluna məxsus, dayanmış vəziyyətdə olan "MAN" markalı, 77-BT-544 dövlət nömrə nişanlı yük avtomobilinə 2001-ci il təvəllüdlü Həsənov Ramazan Habil oğlunun idarə etdiyi "Mercedes ML" markalı, 77-TB-495 dövlət nömrə nişanlı minik avtomobili çırpılıb.
Qəza nəticəsində sürücü Ramazan Həsənov qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi xəsarətləri alıb. Yük avtomobilinin sahibi Samiq Abdullayevin döş qəfəsində əzik və sağ ayağında sınıq aşkarlanıb.
"Mercedes ML"də sərnişin qismində olan 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
------------
21:42
Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, bu gün Quba yolunda "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub.
İlkin məlumatlara görə, qəza nəticəsində sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az