Bakı-Quba yolunda ağır qəzada yaralananların kimlikləri açıqlanıb - FOTO

21 May 2025 00:39

00:39

Bakı - Quba yolunun 30-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Abdullayev Samiq Fərhad oğluna məxsus, dayanmış vəziyyətdə olan "MAN" markalı, 77-BT-544 dövlət nömrə nişanlı yük avtomobilinə 2001-ci il təvəllüdlü Həsənov Ramazan Habil oğlunun idarə etdiyi "Mercedes ML" markalı, 77-TB-495 dövlət nömrə nişanlı minik avtomobili çırpılıb.

Qəza nəticəsində sürücü Ramazan Həsənov qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi xəsarətləri alıb. Yük avtomobilinin sahibi Samiq Abdullayevin döş qəfəsində əzik və sağ ayağında sınıq aşkarlanıb.

"Mercedes ML"də sərnişin qismində olan 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

------------
21:42

Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu gün Quba yolunda "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub.

İlkin məlumatlara görə, qəza nəticəsində sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. /APA

 

Milli.Az