Nuranəni öldürdükdən 1 gün sonra Kürə atıb - Yeni detallar - yenilənib - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
23:13
Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.
Milli.Az xəbər verir ki, onların yaxınları hadisə ilə bağlı "Xəzər Xəbər"ə danışıblar.
Onlar bildiriblər ki, Seyidrəsul Nuranənin 15 yaşı olandan onunla qeyri-rəsmi nikahda yaşayıb:
"Bir il olar bir yerdə idilər. Övladları yox idi. Mən nə deyim, hər ailədə söz-söhbət olur".
Qeyd edək ki, T.Seyidrəsul 17 may tarixində birgə yaşadığı 16 yaşlı Nuranəni Kür sahilində qətlə yetirib. Səhəri gün cəsədi özü ilə gətirərək çaya atıb. Hadisədən 3 gün sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.
---------
20:37
Sabirabadda baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
-------------
16:18
Sabirabadda qətl hadisəsi baş verib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində qeydə alınıb.
Şirvan şəhər sakini 16 yaşlı qız bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti daha sonra Kür çayına atılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Güdəcühür kənd sakini 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu polisin keçirdiyi tədbirlərlə saxlanılıb.
Onun 16 yaşlı qızla bir müddətdir qeyri-rəsmi nikahda yaşadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Axtarış-xilasetmə əməliyyatı çərçivəsində 16 yaşlı qızın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nəfəs həmin qalmaqallı görüntüsündən danışdı: “Videonu yayıb...”
-
Cəbrayılın Soltanlı kəndinə köç oldu - (Yenilənib)
-
Media və Yayım Şurası din xadimləri ilə bağlı məlumatları təkzib etdi
-
Aşıq Zülfiyyə: “Boşanmalarda 99% qız tərəfi günahkardır”
-
Zaur Baxşəliyev: “Dekabra az qalıb, ATV-də veriliş var ki?”
-
Ev almaq istəyənlər tələssin: Mənzil qiymətləri arta bilər
XƏBƏR LENTİ
-
Nəfəs həmin qalmaqallı görüntüsündən danışdı: “Videonu yayıb...”
-
Cəbrayılın Soltanlı kəndinə köç oldu - (Yenilənib)
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Media və Yayım Şurası din xadimləri ilə bağlı məlumatları təkzib etdi
-
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
-
Aşıq Zülfiyyə: “Boşanmalarda 99% qız tərəfi günahkardır”
-
“Bavariya”da ciddi itki
-
Zaur Baxşəliyev: “Dekabra az qalıb, ATV-də veriliş var ki?”
-
Ev almaq istəyənlər tələssin: Mənzil qiymətləri arta bilər
-
Evə buraxılan qadın xəstəxananın həyətində öldü
-
"Mançester Siti" Holandla yollarını ayırır?
-
Çıxarışı olmayan evlərə qaz verilməyəcək?
-
Neftçalada quldurluq edən iki nəfər saxlanıldı
-
Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər
-
Qızıl və gümüş bahalaşdı
-
YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünün köməyinə çatdı
-
Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanda aylıq 419 manatdan başlayan qiymətlərlə mənzillər satışa çıxarılır
-
Rus bölməsində təhsil pullu olacaq?
-
Ayın 18-də bu ərazilərə qar yağacaq - Proqnoz verildi
-
Həcc ziyarətinin qiyməti artacaq
-
Azərbaycanda ev qiymətinə samovar satışa çıxarıldı
-
Türkiyə MN Azərbaycanı təbrik etdi
-
“Məcburən işdən çıxarıldım” – 16 ildir işsiz qalan Sonaxanım hönkür-hönkür ağladı (Video)





