"20 min manata ikinci əl yox, yeni Çin avtomobili alınır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İkinci əl avtomobil bazarında durğunluq günü-gündən artır".
Milli.Az xəbər verir ki, bunu texno-bloqer Fərid Pərdəşünas deyib:
"Artıq 200000 kilometrdən çox yol qət etmiş köhnə nəqliyyat vasitələrini satmaq getdikcə çətinləşir. İstifadəçilər yeni avtomobil almağa üstünlük verir, xüsusilə də son dövrlərdə artan Çin istehsalı modellərə maraq ciddi şəkildə yüksəlib.
Məsələn, köhnə "Çeşqa" avtomobilini 7,000 manata sata bilən bir vətəndaş deyir ki, bazarda tələbat o qədər zəifləyib ki, illərlə istifadə olunmuş avtomobillər demək olar ki, satılmır:
"İnsanlar artıq ikinci və ya üçüncü əl avtomobilə 20,000 manat vermək istəmir. Bu məbləğə yaxın qiymətə salonlardan tam yeni Çin avtomobili almaq mümkündür. Əlavə olaraq bu maşınları taksi kimi işlətməklə gəlir də əldə edirlər."
Gömrük ərazisində müşahidə edilən mənzərə də bu tendensiyanı təsdiqləyir. Müxtəlif markalı Çin avtomobilləri xüsusilə BYD, Chery, Haval və digər modellər - Azərbaycana karvanlarla daxil olur. Onları 5-10 nəfərlik qruplar şəklində alan insanlar, əsasən, taksi fəaliyyəti üçün istifadə edirlər. Bu isə bazarda "aşağı büdcəli, amma yeni və zəmanətli avtomobil" kateqoriyasına olan marağı daha da artırır.
Artıq Bakı şəhərinin avtoparkında Çin avtomobilləri lider mövqeyə yüksəlmək üzrədir. Əvvəllər Çin istehsalı nəqliyyat vasitələrinə inam az idi, lakin indi istifadə edənlər arasında razı qalanların sayı çoxalıb. Bu da çox il və çox yol getmiş avtomobillərin satışını faktiki olaraq dalana dirəyir".
O, bildirib ki, avtomobil alveri ilə məşğul olan şəxslər vəziyyətdən narahatdır. Onların sözlərinə görə, Çin avtomobillərinə olan yüksək tələbat, həm də banklar və lizinq şirkətləri tərəfindən bu avtomobillərin daha asan və sərfəli şərtlərlə təqdim olunması köhnə maşın bazarını "öldürür".
Qiymətlər daha da ucuzlaşmamış, köhnə avtomobilləri əldən çıxarmaq məntiqlidirmi yoxsa müəyyən müddət sonra bazarda balans bərpa olunacaq və tələbat geri dönəcək?
"Bu suallar indi minlərlə avtomobil sahibini düşündürür. Mövzu ilə bağlı müxtəlif fikirlər olsa da, bir həqiqət dəyişməz olaraq qalır: Çin avtomobilləri artıq reallıqdır və bazarda oyun qaydalarını dəyişməkdədir".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
“Jaguar Land Rover” 4 minə qədər işçini ixtisar edəcək
-
Pulunuzu göyə sovuracaq 5 işlənmiş maşın
XƏBƏR LENTİ
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi





