"Bolt"dan həmin qəza ilə bağlı AÇIQLAMA: qanunsuz işləyibmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bolt tətbiqindən xidmət göstərmək üçün sürücü tərəfdaşlar tətbiq vasitəsilə qeydiyyatdan keçir. Qeydiyyat zamanı sürücüdən dövlət tərəfindən təyin olunan tələblərə əsasən sənədlərin yüklənməsi tələb olunur."
Milli.Az xəbər verir ki, bu barədə "Bolt" taksi şirkəti aprelin 10-da Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı yaydığı məlumatda qeyd edib.
Bildirilib ki, sənədlərin yoxlanılıb təsdiqindən sonra tərəfdaş sürücüyə sürücü hesabı açılır və həmən şəxs fəaliyyətə başlayır. Bu proses sahibkarlar tərəfindən qurulan və işlədilən avtoparklarda fəaliyyət göstərən sürücülərin qeydiyyatı üçün də eynidir:
"Aprelin 10-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü tərəfindən saat 12:59-da sifariş qəbul olunmuş və saat 13:11-də sərnişin göstərilən ünvandan götürülüb. Qeyd edək ki, qeydiyyatdan keçmiş sürücü həmin gün, qəza baş verməzdən əvvəl saat 10:18-də şəxsiyyətin yoxlanılması və təsdiqlənməsi mərhələsindən keçib.
Qəza törətmiş avtomobilin buraxılış kartı bu il yanvarın 23-də yoxlanılıb. Həmin avtomobil tərəfindən ilk sifariş isə 23 yanvar tarixində icra olunub. Aparılan araşdırma nəticəsində müəyyən olunub ki, qəzanı törədən avtomobilin buraxılış kartı aprelin 8-də müvafiq dövlət qurumu tərəfindən ləğv edilib.
Adətən bu kimi hallarda avtomobilin "Bolt" platformasında fəaliyyətinin dayandırılması bloklanma prosesi əsasında qısa müddət ərzində həyata keçirilir. "Bolt" şirkəti buraxılış kartlarının səhihliyini və mövcudluğunu müvafiq dövlət qurumunun məlumatları əsasında mütəmadi yoxlayır və buraxılış kartı olmayan avtomobillərin fəaliyyətini ən qısa müddətdə (1 gün ərzində) bloklayır. Lakin aprelin 10-da taksi parkı tərəfindən bu nəqliyyat vasitəsi və müvafiq icazələri, o cümlədən sertifikatı olmayan sürücü daşımalara cəlb edilib. Bu cür hallar yolverilməzdir və qanunvericiliyin pozulması kimi qiymətləndirilir".
"Bolt"dan həmçinin bildirilib ki, şirkət üçün əsas prioritet sərnişin və sürücünün təhlükəsizliyidir:
"Artıq 2023-cü ildən "Bolt" tərifindən Sürücünün uyğunluğu funksiyası (Driver verification) işə salınıb və 2024-cü ilin sonundan avtomobilin eyniliyinin yoxlanılması və təsdiqi funksiyası (car verification) icra edilir. Hər iki funksiya avtomobil və sürücünün uyğunluğunu yoxlayaraq, qaydalara davamlı riayət olunmasına dəstək olur.
Sürücünün kimliyinin mütəmadi yoxlanılması və təsdiqi funksiyası, "Bolt" tətbiqinə təhlükəsizliyi artırmaq üçün əlavə olunub. Bu funksiya, sürücü saxtakarlığının qarşısını almağa və ümumi təhlükəsizliyi gücləndirməyə yönəlib. Qeydiyyat zamanı sürücüdən selfi çəkməsi tələb olunur və təsdiqlənmədiyi halda tətbiqdən istifadə mümkün olmur. Selfi əvvəlcə süni intellekt tərəfindən yoxlanır, əgər təsdiqlənməzsə, canlı operator tərəfindən qiymətləndirilir.
Hazırda istintaq davam edir və aidiyyəti qurumların müraciəti əsasında tələb olunan məlumat və dəstək "Bolt" tərəfindən təqdim olunur"./Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Övladı Xoşqədəmi sevindirdi (Foto)
-
"Qızlarınıza cehiz verməyin" - Gövhər Rzayeva
-
"Qırmızı onkoloji xəstəliyi məhv edir, ona görə 100 yaşımda qırmızı geyinəcəm”
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
-
"Çalıkuşu"nun Feridesi Aydan Şener gözəlliyi ilə gənc qızlara meydan oxuyur (Foto)
-
Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü
XƏBƏR LENTİ
-
Dünyanın ən təmiz çimərlikləri olan ölkələr açıqlandı
-
Uzaq Şərq küçələrinin ulduzu: Tayland üsulu "Pad Kra Pao" resepti
-
Övladı Xoşqədəmi sevindirdi (Foto)
-
Səyyahlar kütləvi şəkildə çemodanlarına tualet kağızı qoymağa başlayıblar
-
İsti havada rahat yatmağın 8 elmi yolu
-
"Nəsr-2" əməliyyatı: İranın ABŞ-yə raket zərbələri (Video)
-
"Qızlarınıza cehiz verməyin" - Gövhər Rzayeva
-
Günün qoroskopu: Bugünkü qərarlarınız həyatınızın gedişatına təsir edə bilər
-
"Qırmızı onkoloji xəstəliyi məhv edir, ona görə 100 yaşımda qırmızı geyinəcəm”
-
Duran komandasını məğlubiyyətdən xilas etdi
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
-
"Çalıkuşu"nun Feridesi Aydan Şener gözəlliyi ilə gənc qızlara meydan oxuyur (Foto)
-
Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü
-
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi (Video)
-
İordaniyada ABŞ bazasına hücum - 2 hərbçi öldü, 1-i itkin düşdü
-
Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
-
Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
-
"Azı 40 manat xərcləyirsən" - Elməddin Cəfərov
-
Moskvaya kütləvi PUA hücumu: 61 yaralı var - (Video)
-
Kərə yağı alarkən bunlara diqqət edin: Qablaşdırmadakı 3 vacib yazı
-
Konqoda eboladan ölənlərin sayı 860-ı keçib
-
Uşaqlarına zülm edən ana polisə çağırıldı
-
Akın Akınözü serial üçün imicini dəyişdi (Foto)
-
Petr Çex: DÇ-2026-nın qalibi bu ölkə olacaq





