Kərə yağı alarkən bunlara diqqət edin: Qablaşdırmadakı 3 vacib yazı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kərə yağı demək olar ki, hər evdə istifadə olunan ən məşhur məhsullardan biridir. Lakin üzərində "kərə yağı" yazılan hər məhsul həqiqətən də təbii süd yağından hazırlanmış olmur.
Milli.Az xarici mediaya istinadən mütəxəssislərin tövsiyyə etdiyi xüsusilə üç məqamı təqdim edir.
1. Qablaşdırmada "Kərə yağı" yazısı olmalıdır
İlk növbədə məhsulun rəsmi adına baxın.
Əgər qablaşdırmada "Kərə yağı" yazılıbsa, bu o deməkdir ki, məhsul müvafiq standartlara uyğun hazırlanmalı və yalnız süd qaymağından və ya onun emalı nəticəsində əldə olunan məhsullardan istehsal edilməlidir.
Əgər qablaşdırmada aşağıdakı ifadələrdən biri yazılıbsa:
• spred;
• yağlı məhsul;
• sendviç məhsulu;
• bitki-süd yağı qarışığı,
deməli, bu, təbii kərə yağı deyil. Belə məhsullarda süd yağının bir hissəsi daha ucuz bitki yağları ilə əvəz olunur.
2. Yağlılıq dərəcəsi ən azı 72,5 faiz olmalıdır
Yoxlanmalı olan ikinci göstərici yağlılıq faizidir.
Təbii kərə yağı adətən aşağıdakı yağlılıq göstəriciləri ilə satışa çıxarılır:
• 72,5 faiz
• 73 faiz
• 82,5 faiz
Ən yüksək keyfiyyətli klassik kərə yağı 82,5 faiz yağlı hesab olunur. Bu məhsul daha çox süd yağı ehtiva edir, zəngin qaymaq dadına malik olur və həm səhər yeməklərində, həm də şirniyyat hazırlanarkən istifadə üçün uyğundur.
Əgər yağlılıq faizi bundan aşağıdırsa, məhsulun tərkibini mütləq yoxlayın. Çünki istehsalçı süd yağının bir hissəsini başqa komponentlərlə əvəz etmiş ola bilər.
3. Tərkibində yalnız qaymaq olmalıdır
Ən keyfiyyətli kərə yağının tərkibi çox qısa olur.
Adətən tərkibində bunlar göstərilir:
• pasterizə olunmuş qaymaq;
• qaymaq;
• duzlu kərə yağıdırsa, az miqdarda xörək duzu.
Əgər tərkibdə palma yağı, kokos yağı, günəbaxan yağı və ya digər bitki yağları, emulqatorlar, stabilizatorlar, dadlandırıcılar və ya rəngləndiricilər varsa, bu məhsul artıq klassik kərə yağı hesab edilmir.
Mütəxəssislər bildirirlər ki, tərkib nə qədər qısa olarsa, məhsulun təbii olma ehtimalı da bir o qədər yüksəkdir.
Keyfiyyətli kərə yağını başqa necə tanımaq olar?
Bundan əlavə, seçim zamanı aşağıdakı əlamətlərə də diqqət yetirmək tövsiyə olunur.
• Keyfiyyətli kərə yağı ləkəsiz və zolaqsız, bərabər açıq sarı və ya krem rəngində olur. Həddindən artıq parlaq sarı rəng boya maddələrinin istifadə olunduğunu göstərə bilər.
• Soyuducuda saxlanıldıqdan sonra təbii kərə yağı kifayət qədər bərk olur. Əgər məhsul soyuducuda belə yumşaq qalırsa, bu, tərkibində bitki yağlarının olmasına işarə edə bilər.
• Qızdırıldıqda həqiqi kərə yağı bərabər şəkildə əriyir, qatlara ayrılmır və çoxlu köpük əmələ gətirmir. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi (Video)
-
Kərə yağı alarkən bunlara diqqət edin: Qablaşdırmadakı 3 vacib yazı
-
Akın Akınözü serial üçün imicini dəyişdi (Foto)
-
Messinin taleyini dəyişən tvit - İki Lionel tarixi necə yenidən yazdı?
-
Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"
-
Trampın çıxışlarını mərcə qoyub sərvət qazanırmış...
XƏBƏR LENTİ
-
"Qırmızı onkoloji xəstəliyi məhv edir, ona görə 100 yaşımda qırmızı geyinəcəm”
-
Duran komandasını məğlubiyyətdən xilas etdi
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
-
"Çalıkuşu"nun Feridesi Aydan Şener gözəlliyi ilə gənc qızlara meydan oxuyur (Foto)
-
Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü
-
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi (Video)
-
İordaniyada ABŞ bazasına hücum - 2 hərbçi öldü, 1-i itkin düşdü
-
Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
-
Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
-
"Azı 40 manat xərcləyirsən" - Elməddin Cəfərov
-
Moskvaya kütləvi PUA hücumu: 61 yaralı var - (Video)
-
Kərə yağı alarkən bunlara diqqət edin: Qablaşdırmadakı 3 vacib yazı
-
Konqoda eboladan ölənlərin sayı 860-ı keçib
-
Uşaqlarına zülm edən ana polisə çağırıldı
-
Akın Akınözü serial üçün imicini dəyişdi (Foto)
-
Petr Çex: DÇ-2026-nın qalibi bu ölkə olacaq
-
Nəzakət Teymurova ilə istirahətə yollandılar (Foto)
-
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır (Foto)
-
Gəncədə fərdi ev yandı - Xəsarət alan var (Foto)
-
Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq öldü
-
Gəmi kapitanının nəşi ölkəyə gətirilir - XİN
-
Bir vaxtlar çimizdirdiyi körpə indi Messinin rəqibidir (Foto)
-
Qusarda "Media Kuboku - 2026" minifutbol turniri start götürüb (Foto)
-
Dəhşətli yanğın onların da villasına çatdı





