Trampın çıxışlarını mərcə qoyub sərvət qazanırmış...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Trampın çıxışlarında istifadə olunacaq sözlərə mərc edərək on minlərlə dollar qazandığı bildirilən Ağ Ev əməkdaşı barədə araşdırma başlanılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2016-cı ildən Trampın teleprompter operatoru kimi çalışan Qabriel Perez prezidentin çıxış mətnlərinə əvvəlcədən çıxış imkanından istifadə edərək "Kalshi" adlı proqnoz platformasında mərc oyunları oynayıb.
Məlumata əsasən, Perez Trampın çıxışlarında hansı söz və ifadələrin səslənəcəyinə dair mərc edərək, 100 min dollardan çox (təxminən 170 min manat) gəlir əldə edib.
Bildirilir ki, teleprompter operatoru prezidentin çıxışlarını yayımlanmamışdan əvvəl görən son şəxslərdən biri olub və hətta Trampın son anda etdiyi dəyişikliklərdən də xəbərdar olub.
Araşdırma çərçivəsində Perezin son üç ay ərzində Trampın ən azı 12 çıxışına mərc etdiyi müəyyən edilib. Bu çıxışlar arasında ABŞ Prezidentinin Davos Dünya İqtisadi Forumundakı çıxışı, əsas televiziya müraciətləri və müxtəlif rəsmi tədbirlərdəki çıxışları da var.
Hadisənin üzə çıxmasından sonra Ağ Evin mətbuat katibi Kerolayn Livitt Qabriel Perezin ödənişsiz inzibati məzuniyyətə göndərildiyini açıqlayıb.
Livitt bildirib ki, məsələ ilə bağlı Donald Trampla danışıb və Prezident baş verənləri "rüsvayçılıq" adlandırıb. Onun sözlərinə görə, Perezin vəzifəsindən uzaqlaşdırılması qərarı birbaşa Tramp tərəfindən verilib.
Məlumata görə, Perez bəzi hallarda Trampın teleprompterdəki mətndən kənara çıxacağını hiss etdikdə mərclərini dəyişib və ya geri götürüb.
Donald Trampın tez-tez əvvəlcədən hazırlanmış çıxış mətnlərinə tam əməl etmədiyi məlumdur. Prezident yanvar ayında Detroyt İqtisadi Klubunda çıxışı zamanı "Vaxtın təxminən 80 faizində teleprompterdən uzaqlaşıram" demişdi.
İstintaqın mərkəzində olan "Kalshi" platformasının daxili qaydaları əməkdaşların vəzifə zamanı əldə etdikləri qeyri-ictimai məlumatlardan mərc məqsədilə istifadə etməsini qadağan edir.
Bildirilib ki, şirkət son aylarda istifadəçilərdən işlədikləri qurumlar barədə əlavə məlumat tələb etməyə başlayıb.
ABŞ Ədliyyə Nazirliyi son aylarda proqnoz bazarlarında məxfi məlumatlardan istifadə ilə bağlı bir neçə araşdırma başladıb.
Bu işlərdən biri Venesuela lideri Nikolas Maduro ilə bağlı mərc edən hərbçi, digəri isə daxili məlumatlardan istifadə etməkdə şübhəli bilinən "Google" əməkdaşı ilə bağlıdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Messinin taleyini dəyişən tvit - İki Lionel tarixi necə yenidən yazdı?
-
Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"
-
Trampın çıxışlarını mərcə qoyub sərvət qazanırmış...
-
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi" - (Foto)
-
80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - (Video)
-
Türkanın müzakirə yaradan Bodrum görüntüləri - (Fotolar)
XƏBƏR LENTİ
-
Zərdabda ağır qəza - Xəsarət alanlar var
-
"Bu halda yaxşı evdə yaşamırsansa, axmaq adamsan"
-
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
-
Messinin taleyini dəyişən tvit - İki Lionel tarixi necə yenidən yazdı?
-
Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"
-
Trampın çıxışlarını mərcə qoyub sərvət qazanırmış...
-
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi" - (Foto)
-
80 yaşlı Ajda Pekkanın kulis görüntüsü maraq yaratdı - (Video)
-
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərləndi, 21-i uşaqdır
-
Məzunlar 10 günə ala biləcəklər
-
Polis əməliyyatlar keçirdi: 50 nəfər saxlanılıb
-
Türkanın müzakirə yaradan Bodrum görüntüləri - (Fotolar)
-
"Həddindən artıq dərs oxumaq düzgün deyil" - Maksimum bal toplayan Paşa
-
Sabah çimərliyə getmək istəyənlərin diqqətinə
-
Mahir Emrelinin yeni klubu bəlli oldu
-
Məşhur xanəndə ilk dəfə özündən gözəl bacısı ilə efirdə - (Video)
-
Bergüzar Halit Ergençin qəribə vərdişini ifşa etdi - (Foto)
-
Asim Xudiyev "Braqa"nın oyununa təyinat aldı
-
"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" - Qayınana-gəlin dialoqu müzakirə yaratdı - (Video)
-
Xamenei ilk dəfə Putinlə telefonla danışa bilər
-
Hadiseni formada saxlayan səhər yeməyi: 5 dəq hazırlanır - (Video)
-
Ceki Çan bu tarixdə Azərbaycana gəlir
-
İrandan ABŞ-a xəbərdarlıq
-
Güclü külək əsəcək - Sarı xəbərdarlıq





