Təhsil

Məzunlar 10 günə ala biləcəklər

18 İyul 2026 16:53
Baxış: 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda universitet diplomlarının bu ildən etibarən elektron formada verilməsinə başlanılır. Müvafiq qərarın tətbiqindən sonra əsas diqqət çəkən məqamlardan biri də sənədlərin verilmə müddəti və bu yeniliyin nələri dəyişəcəyidir.

Milli.Az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a sənədləşmə prosesinin maksimum dərəcədə sürətləndirildiyi bildirilib.

"Diplom təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 (on) iş günü müddətində hazırlanır. Tələbələr məzun olduqdan sonra onlar müvafiq diplomla təmin ediləcəklər", - qeyd olunub.

Agentlikdən həmçinin vurğulanıb ki, hazırda yeni sistemin tətbiqi və proseslərlə bağlı hər hansı gecikmə müşahidə olunmur. Beləliklə, elektronlaşma sayəsində məzunların aylarla diplom gözləmək məcburiyyətinə son qoyulur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.