Uşaqlarına zülm edən ana polisə çağırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda azyaşlı bacı və qardaş evdən qaçıb.
Milli.Az xəbər verir ki, bu haqda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.
O, qeyd edib ki, bacı və qardaş uzun müddət analarının ağır fiziki və psixoloji zorakılığına məruz qalıblar:
"Onların sözlərinə görə, anaları demək olar ki, hər dəfə spirtli içki qəbul etdikdən sonra uşaqlara işgəncə verirmiş.
Onlar öz aralarında plan quraraq evdən çıxa biləcəkləri anı gözləyiblər və nəhayət, qaçmağa müvəffəq olublar. Aylardır çimə bilmədikləri üçün ilk olaraq dəniz sahilinə gedib çimməyə qərar veriblər. Daha sonra gecəni sahildə keçiriblər.
Səhər tezdən böyük qardaş yaxınlıqdakı taksi sürücüsünə yaxınlaşaraq onları şəhər istiqamətinə aparmasını xahiş edib. Uşaqların yanında heç bir böyük şəxsin olmaması sürücüdə şübhə yaradıb. O, düzgün qərar verərək uşaqları polis bölməsinə aparıb.
Polis əməkdaşları uşaqların bədənlərində çoxsaylı yara izləri, saçlarında yanıq izləri və digər zorakılıq əlamətlərini aşkar ediblər. Bundan sonra dərhal müvafiq dövlət qurumları məlumatlandırılıb və birgə görülən tədbirlər nəticəsində uşaqlar sığınacağımıza yerləşdiriliblər".
M. Zeynalova bildirib ki, səhər saatlarında hər iki uşaq məhkəmə-tibbi ekspertizasından keçirilib. Ana isə rəsmi qaydada hər iki övladından imtina edib:
"Bu iki uşaq həyatlarını xilas etmək üçün çox ağır və təhlükəli bir yoldan keçməli oldular. Lakin bütün yaşadıqları əzablara baxmayaraq, bu gün onlar artıq təhlükəsiz mühitdədirlər. İnanırıq ki, bundan sonra onların həyatında qorxu və zorakılıq deyil, sevgi, qayğı və ümid olacaq".
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məsələ ilə bağlı hazırda ərazi polis orqanında araşdırma aparılır.
Azyaşlılar polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Uşaqların anası polis şöbəsinə çağrılaraq izahatı alınıb. Azyaşlıların bədən xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.
Qeyd edilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
Hazırda uşaqların mövcud vəziyyəti qiymətləndirilir.
Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Övladı Xoşqədəmi sevindirdi (Foto)
-
"Qızlarınıza cehiz verməyin" - Gövhər Rzayeva
-
"Qırmızı onkoloji xəstəliyi məhv edir, ona görə 100 yaşımda qırmızı geyinəcəm”
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
-
"Çalıkuşu"nun Feridesi Aydan Şener gözəlliyi ilə gənc qızlara meydan oxuyur (Foto)
-
Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü
XƏBƏR LENTİ
-
Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
-
Dünyanın ən təmiz çimərlikləri olan ölkələr açıqlandı
-
Uzaq Şərq küçələrinin ulduzu: Tayland üsulu "Pad Kra Pao" resepti
-
Övladı Xoşqədəmi sevindirdi (Foto)
-
Səyyahlar kütləvi şəkildə çemodanlarına tualet kağızı qoymağa başlayıblar
-
İsti havada rahat yatmağın 8 elmi yolu
-
"Nəsr-2" əməliyyatı: İranın ABŞ-yə raket zərbələri (Video)
-
"Qızlarınıza cehiz verməyin" - Gövhər Rzayeva
-
Günün qoroskopu: Bugünkü qərarlarınız həyatınızın gedişatına təsir edə bilər
-
"Qırmızı onkoloji xəstəliyi məhv edir, ona görə 100 yaşımda qırmızı geyinəcəm”
-
Duran komandasını məğlubiyyətdən xilas etdi
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
-
"Çalıkuşu"nun Feridesi Aydan Şener gözəlliyi ilə gənc qızlara meydan oxuyur (Foto)
-
Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü
-
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi (Video)
-
İordaniyada ABŞ bazasına hücum - 2 hərbçi öldü, 1-i itkin düşdü
-
Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
-
Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
-
"Azı 40 manat xərcləyirsən" - Elməddin Cəfərov
-
Moskvaya kütləvi PUA hücumu: 61 yaralı var - (Video)
-
Kərə yağı alarkən bunlara diqqət edin: Qablaşdırmadakı 3 vacib yazı
-
Konqoda eboladan ölənlərin sayı 860-ı keçib
-
Uşaqlarına zülm edən ana polisə çağırıldı
-
Akın Akınözü serial üçün imicini dəyişdi (Foto)





