Dünyanın ən təmiz çimərlikləri olan ölkələr açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən təmiz çimərliklərinə sahib ölkələrin yeni reytinqi açıqlanıb. Beynəlxalq Blue Flag ("Mavi Bayraq") ekoloji sertifikatı əsasında hazırlanan siyahıda ikinci il ardıcıl olaraq İspaniya birinci yeri tutub.
Milli.Az lent.az-a istinadən bildirir ki, "Mavi bayraq" sertifikatını almaq üçün yalnız dəniz suyunun təmiz olması kifayət etmir. Çimərliklər ekologiya, suyun keyfiyyəti, təhlükəsizlik, turist infrastrukturu, əlçatanlıq və ətraf mühitlə bağlı maarifləndirmə də daxil olmaqla 33 meyar üzrə qiymətləndirilir. Mütəxəssislərin sözlərinə görə, bu sertifikat turistlər üçün çimərliyin həm təmiz və təhlükəsiz olduğunu, həm də davamlı turizm prinsiplərinə uyğun idarə edildiyini göstərir.
Bu il İspaniyada "Mavi bayraq" sertifikatına layiq görülən çimərliklərin sayı 676-ya çatıb. Onlardan ən məşhurlarından biri Andalusiya bölgəsinin Nerxa şəhərində yerləşən Burriana çimərliyidir. Reytinqdə ikinci yeri Yunanıstan tutur. Sertifikatlı çimərliklərin əksəriyyəti Krit adasında (154) və Halkidiki yarımadasında (93) yerləşir.
Şimali Yunanıstandakı Uranupoli yaxınlığında yerləşən Kampudi çimərliyi isə eyni anda üç "Mavi bayraq" mükafatına sahib olması ilə seçilir. İlk üçlüyü Türkiyə tamamlayır. Ölkədə sertifikatlı çimərliklərin böyük hissəsi Antalya vilayətində yerləşir. 2026-cı ildə siyahıya girişin ödənişsiz olduğu bir neçə yeni ictimai çimərlik də əlavə olunub.
"Mavi bayraq" sertifikatlı çimərliklərin sayına görə ilk 10 ölkə
İspaniya - 676 çimərlik
Yunanıstan - 623 çimərlik
Türkiyə - 614 çimərlik
İtaliya - 525 çimərlik
Portuqaliya - 396 çimərlik
Fransa - 387 çimərlik
Danimarka - 140 çimərlik
Meksika - 103 çimərlik
İrlandiya - 85 çimərlik
Xorvatiya - 78 çimərlik
Beləliklə, ilk onluqda yer alan ölkələrin əksəriyyəti Avropada yerləşir. Avropadan kənardan siyahıya daxil olan yeganə ölkə isə Meksikadır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
XƏBƏR LENTİ
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq





