Ölkə

Tayland və Myanmadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətədanşı var? - RƏSMİ

29 Mart 2025 14:30
Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tailandda və Myanmada baş verən güclü zəlzələ nəticəsində azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.

Milli.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib.

Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir.

Myanmada güclü zəlzələ nəticəsində isə ölənlərin sayı 1000-i ötüb, zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.