Ölkə

Sərhəddə 16 milyon manatlıq qaçaqmal tutulub - FOTOlar

3 Mart 2025 13:38
Baxış: 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 193 qram narkоtik vasitə, 191 ədəd həb və 105 litr maye şəkilində narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatında deyilir.

Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 16 milyon 787 min 836 manat оlan qaçaqmal, о cümlədən 20 ədəd 9 mm-lik tapança mərmisi, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.
Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.