Ölkə

Rusiyaya 27 qəpiyə, ABŞ-yə isə 53 manata satırıq

1 Mart 2025 16:30
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Azərbaycandan xarici ölkələrə 206 min 577 ədəd həşərat və böcək ixrac olunub.

Milli.Az xəbər verir ki, yeniavaz.com açıqlanan rəsmi statistik göstəricilərə istinadən bildirir ki, ixrac olunan həşərat və böcəklərin bir ədədinin orta gömrük dəyəri 45 qəpik olub.

Onu da bildirək ki, əvvəlki illə müqayisədə ötən il həşərat və böcəklərin ixracı 2 dəfədən çox azalıb.

Qeyd edək ki, ixrac olunan həşərat və böcəklərin yarıdan çoxu - 140 min 500 ədədi Qazaxıstana göndərilib.

Həşərat və böcəklərin ixrac olunduğu ölkələr aşağıdakı kimidir:

Qazaxıstan - 140 500 ədəd (bir ədədinin orta gömrük dəyəri 33 qəpik);
Özbəkistan - 45 000 ədəd (36 qəpik);
Qırğızıstan - 10 000 ədəd (34 qəpik);
Rusiya - 6 000 ədəd (27 qəpik);
İsveçrə - 5 000 ədəd (4 manat);
ABŞ - 71 ədəd (53,4 manat).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.