Vergi bəyannamələri daha da təkmilləşdiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün bəzi vergi bəyannamələrinin təqdim olunması prosesində bir çox çətinliklər yaşanır. Bu çətinliklərin qarşısının alınması üçün məlumatların mümkün qədər azaldılması, bəyannamələrin sadələşdirilməsi zəruridir.
Trend xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin (DVX) İqtisadi təhlil və proqnozların icrası idarəsinin rəis müavini Namiq Dərgahov bu gün Bakıda III dəfə keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə deyib.
O bildirib ki, ortamüddətli dövrdə əlavə dəyər vergisi (ƏDV) bəyannaməsi ilə bağlı əvəzləşmələr formalaşdırarkən buna kifayət qədər vaxt sərf olunur və bu prosesin avtomatlaşması ilə bağlı hazırda təhlillər aparılır:
"Həmçinin, şəxsi hesab vərəqəsində muzdlu iş və məcburi dövlət sosial sığorta ilə bağlı vərəqələrin artıq birləşdirilməsinə başlamışıq. Bundan başqa, məcburi dövlət sosial sığorta və muzdlu sahəsində 11, qeyri-muzdlu sahəsində 6, işsizlikdən sığorta sahəsində isə 4 vərəqə var.
Hər qrupun özlüyündə birləşdirilməsi prosesi başlayıb və ilin birinci yarımilində başa çatdırılması nəzərdə tutulur. İnzibatçılığın sadələşdirilməsi vizyon olaraq şəxsi vərəqədə əməliyyatların bir hovuz daxilində görülməsi üçün mühasiblərə müsbət təsirini göstərəcək".
"Qarşıdakı hədəflərimizdən biri də dövlət rüsumlarının təsnifatı və bütün ƏDV ödəyicilərinin AVİS 2 platforması çərçivəsində elektron portal üzərindən bəyannamələrin təqdim edilməsidir ki, bunun da ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur", - N.Dərgahov vurğulayıb.
"Digər layihələrimizdən biri də bu ilin sonuna qədər muzdlu işlə bağlı vahid bəyannamədə kifayət qədər optimallaşdırılma və sadələşdirilmənin edilməsi planlaşdırılır", - deyə dövlət xidməti rəsmisi qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
-
Sonuncu iş günü hava pisləşəcək, dolu düşəcək - PROQNOZ
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib
-
Türkiyədə nə baş verir? - Atatürkün qurduğu partiya parçalanır
-
Ramil İmranovun cənazəsi Azərbaycana gətirildi
-
Günəşdə güclü partlayış OLDU
-
SOCAR-a yeni mətbuat katibi təyin EDİLDİ
-
Ceyhun Bayramov Nyu Yorka getdi
-
Qurbanlıq heyvanlar BAHALAŞDI - 300 manatdan...
-
DİN və DSX sərhəddə əməliyyat keçirdi
-
Serenay Sarıkaya SAXLANILDI
-
Elektron siqaret qadağası: Qızdırılan tütün məmulatları bu siyahıya düşür?
-
"Övladımı itirəndə hamını TANIDIM"
-
Paraşütlə tullanan qadın təyyarə ilə toqquşdu - VİDEO
-
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
-
“Deportivo” La Liqaya qayıtdı
-
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib - FOTO
-
Qiymət artır, xidmət dəyişmir - Bayram öncəsi vəziyyət necədir?
-
Şagirdlərin yerdəyişməsi dayandırılır
-
Qəbul imtahanının II cəhdinin tarixləri AÇIQLANDI
-
Azərbaycanlı gənc Gürcüstanda faciəvi şəkildə öldü - VİDEO
-
Bu tarixə qədər BÜRClər pul içində üzəcək - Şans partlayışı gəlir
-
Bakıda ev qiymətləri qalxır - yatırım marağı rekord səviyyədə
-
Əməkdar artist: "Ərim sözümə baxanda UDUR"





