Cəmiyyət

Qurbanlıq heyvanlar BAHALAŞDI - 300 manatdan...

25 May 2026 12:39
Baxış: 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ölkə üzrə qurbanlıq heyvanların qiymətində artım müşahidə olunur. Hazırda paytaxt bazarlarında və kəsim məntəqələrində ən ucuz qurbanlıq heyvanın qiyməti 300 manatdır. 

Qiymətlər keçən illə müqayisə necə dəyişir? 

Milli.Az xəbər verir ki, satıcılar qiymətin bahalaşması yemin qiyməti ilə əlaqələndirirlər:

"35 kiloya kimi heyvanlar kilosu 10 manatdan, 35 kilodan yuxarı olanlar 10 manata, 40-45 kilolar isə 9.50 manatdan hesablanır. Artıq behlər verilib, qurbanlıqlar müəyyən olunub. Satış yaxşıdır. Amma həm diri, həm də hazır ətlərin qiymətində artım var. Heyvanlar Cəlilabad, İmişli və adətən Beyləqandan gəlir". 

Bölgələrdə də ətin qiyməti bahalaşıb. Satıcılar bunu mal bazarlarının qıt olması ilə əlaqələndiriblər. 

Qeyd edək ki, mayın 27-28-si ölkəmizdə Qurban Bayramı qeyd olunacaq. 

Aysel
Milli.Az 

     

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.