Hadisə

DİN və DSX sərhəddə əməliyyat keçirdi

25 May 2026 12:35
Baxış: 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə narkotik əməliyyatı keçirib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, may ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.