Qiymət artır, xidmət dəyişmir - Bayram öncəsi vəziyyət necədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yerli turizmdə sahibkarlar müştəri məmnuniyyəti yox, məcburiyyəti satır".
Milli.Az xəbər verir ki, satış və marketinq mütəxəssisi Hüseynov Abbasəli bildirib ki, "Bağlı sərhədlər daxili turizm üçün fürsətdir, amma bazar bunu hələ peşəkar idarə edə bilmir".
2026-cı il Qurban Bayramı ərəfəsində aparılan araşdırmalar göstərir ki, hər 3 nəfərdən 1-i bayram günlərində şəhərdən kənara çıxmağı planlaşdırır. Bu, daxili turizm bazarı üçün ciddi iqtisadi imkan deməkdir. Lakin müşahidələr göstərir ki, Azərbaycanda turizm sektorunun əhəmiyyətli hissəsi bu artan tələbi uzunmüddətli bazar inkişafı kimi deyil, qısamüddətli gəlir fürsəti kimi qiymətləndirir.
Müsahibimiz hesab edir ki, bağlı sərhədlər yerli turizmin inkişafı üçün nadir fürsət yaratsa da, bazarın böyük hissəsi bu imkandan strateji şəkildə yararlana bilmir.
"Hazırda əsas problem tələbin olmaması deyil. Problem ondan ibarətdir ki, bir çox sahibkar bazarda yaranmış məcburi tələbi yanlış idarə edir. Qiymətlərin kəskin artırılması, xidmət keyfiyyətinin isə eyni qalması istehlakçıda narazılıq və etimadsızlıq yaradır. Bu isə uzunmüddətli perspektivdə daxili turizmə zərbə vurur. Daha pisi isə insanları influser və bloqerlərin vasitəsilə aldadıb şəhərdən yüz kilometirlərlə yolu istirahət mərkəzlərinə ucuz qiymətə gətizdirirlər, sonradan bu kampaniyanın bitdiyini deyirlər..."
Onun fikrincə, turizm sektorunda ilk növbədə qiymət intizamı və gəlir idarəetməsi (Revenue Management) yanaşması tətbiq edilməlidir.
"Qiymət artımı bazar reaksiyasına əsaslana bilər, amma bu, nəzarətsiz olmamalıdır. Demand-based pricing modeli, fərqli müştəri seqmentləri üçün ayrıca paketlər, erkən rezervasiya üstünlükləri və ailə paketləri artıq standart yanaşmaya çevrilməlidir. Məqsəd yalnız bir bayramda maksimum qazanmaq deyil, müştərinin növbəti dəfə də Azərbaycanda istirahəti seçməsini təmin etməkdir."
Hüseynov Abbasəli bildirir ki, Azərbaycanda turizmin əsas problemlərindən biri də vahid və şəffaf satış platformasının olmamasıdır.
"Bu gün müştəri fərqli hotellər arasında şəffaf müqayisə aparmaqda çətinlik çəkir. Yerli turizm üçün vahid marketplace modelinə ehtiyac var. Qiymətlərin, xidmətlərin, real istifadəçi rəylərinin bir platformada toplanması bazarda həm sağlam rəqabət yaradacaq, həm də süni qiymət artımının qarşısını alacaq."
Ekspertə görə, bazarda yalnız satış deyil, xidmət standartlarının idarə olunması da zəifdir.
"Turizmdə marketinq yalnız reklam deyil. Müştərinin ilk zəngdən check-out anına qədər yaşadığı bütün təcrübə marketinqin bir hissəsidir. Cavab sürəti, otaq təmizliyi, personal davranışı və şikayətlərin həlli üzrə minimum xidmət standartları müəyyən edilməlidir. Əks halda, ən yaxşı reklam belə reputasiya itkisini kompensasiya edə bilməz."
Satış və marketinq mütəxəssisi hesab edir ki, Azərbaycanda hotellər və istirahət mərkəzləri CRM və loyallıq proqramlarından da kifayət qədər istifadə etmir.
"Mövcud müştərini geri qaytarmaq yeni müştəri cəlb etməkdən daha ucuzdur. Təkrar rezervasiya endirimləri, fərdiləşdirilmiş təkliflər, referral bonuslar və loyal müştəri proqramları daxili turizmdə standart satış alətinə çevrilməlidir."
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
XƏBƏR LENTİ
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib





