Evdə işlətdiyiniz kondisionerləri UNUDUN - Alimlərdən yeni KƏŞF
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər laboratoriya sınaqları zamanı ammonium nitrat və su qarışığının temperaturunu cəmi 20 dəqiqə ərzində 25 dərəcədən 3,6 dərəcə selsiyə qədər elektrik enerjisi olmadan endirməyə nail olublar. Bu nəticə yeni soyutma texnologiyasının əsasını təşkil edir.
Milli.Az xəbər verir ki, bu barədə "Indian Defence Review" yazır.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanındakı Kral Abdulla Elm və Texnologiya Universitetinin alimləri elektrikdən istifadə etmədən havanı soyutmağa imkan verən yeni texnologiya hazırlayıblar. Sistem NESCOD ("Elektriksiz və tələb əsasında soyutma") adlandırılıb.
Soyutma mexanizmi endotermik həllolma adlanan kimyəvi prosesə əsaslanır. Bəzi duzlar suda həll olunduqda istilik buraxmaq əvəzinə ətraf mühitdən enerji udur. Nəticədə temperatur sürətlə və nəzərəçarpacaq dərəcədə aşağı düşür.
Alimlər ən yaxşı nəticəni müəyyən etmək üçün bir sıra duzları sınaqdan keçiriblər. Ən yüksək göstərici ammonium nitratda qeydə alınıb.
Tədqiqatçılar bildiriblər ki, ammonium nitrat 100 qram suda 208 qramadək həll ola bilir, halbuki digər duzlarda bu göstərici adətən 100 qramdan aşağıdır.
Alimlərin sözlərinə görə, həllolma nə qədər yüksəkdirsə, bir o qədər çox duz həll olur və proses zamanı daha çox istilik udulur. Bu maddənin əlavə üstünlükləri də var: ucuzdur, geniş yayılıb və artıq iri miqyasda istehsal olunur.
Texnologiyanın potensialını nümayiş etdirmək üçün alimlər duzu suya metal qabın içində həll ediblər və onu strafor izolyasiyalı qutuya yerləşdiriblər. Nəticədə qabın temperaturu təxminən 3,6 dərəcə selsiyə düşüb və 15 saatdan çox müddət ərzində 15 dərəcədən aşağı səviyyədə qalıb.
Alimlər həmçinin texnologiyanın təkrar istifadə olunması üçün həll yolunu da hazırlayıblar.
NESCOD sistemi hər istifadədən sonra duzu bərpa edən və xarici enerji mənbəyinə ehtiyac duymayan regenerasiya dövrü nəzərdə tutur.
Duz məhlulu otaq temperaturuna qayıtdıqdan sonra alimlər günəş enerjisindən istifadə edərək xüsusi 3D regenerasiya qurğusu vasitəsilə prosesi bərpa edirlər. Qurğu günəş spektrinin maksimum hissəsini udmaq üçün hazırlanmış materialdan istehsal olunub.
Su buxarlandıqca qabın xarici səthində ammonium nitrat kristalları əmələ gəlir. Alimlərin bildirdiyinə görə, bu kristallar cazibə qüvvəsinin təsiri ilə öz-özünə qoparaq düşür və bu da yığım prosesini demək olar ki, avtomatik edir.
Alimlər həmçinin bildirirlər ki, buxarlanan su da itirilmir. Günəş distillasiyası zamanı buxar toplanaraq kondensasiya edilə və yenidən istifadə oluna bilər ki, bu da isti və quraq iqlimlər üçün xüsusilə əhəmiyyətlidir./demokrat.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
General Kənan Seyidovun qızı evləndi - VİDEO
-
Dələduzluqda ittham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək
-
Yeni qərar: Bəzi binalarda kombi qadağan oluna bilər
-
Ölkədə güclü yağışlar davam edir - FAKTİKİ HAVA
-
Şükürbəyli kəndinə daha 119 ailə yola salındı
-
Evdə işlətdiyiniz kondisionerləri UNUDUN - Alimlərdən yeni KƏŞF
XƏBƏR LENTİ
-
Mourinyo 10 futbolçunu "Real"da görmək İSTƏMİR
-
General Kənan Seyidovun qızı evləndi - VİDEO
-
Yeni müharibə xətti: Süveyda artıq təkcə Suriya problemi deyil
-
Dələduzluqda ittham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək
-
Yeni qərar: Bəzi binalarda kombi qadağan oluna bilər
-
"Formula 1" üzrə Kanada Qran-prisinin qalibi oldu
-
Bir bu qalmışdı, o da oldu - Bakıda restoranda kartofun yağı ayrıca hesablandı - FOTO
-
Ölkədə güclü yağışlar davam edir - FAKTİKİ HAVA
-
ABŞ və İran arasında ilkin razılıq əldə olundu - KİV
-
Şükürbəyli kəndinə daha 119 ailə yola salındı
-
Evdə işlətdiyiniz kondisionerləri UNUDUN - Alimlərdən yeni KƏŞF
-
“Qara qızıl” ucuzlaşdı - Bazarlar qarışdı
-
"İmkansızlıqdan heç bir oyuncağım OLMAYIB"
-
QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Avro alanlara ŞAD XƏBƏR: Gözlənilən an gəldi
-
Evdən maşınla çıxanlara VACİB XƏBƏR
-
Premyer Liqanın bombardiri oldu
-
Xəzər dənizində zəlzələ oldu
-
iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir - FOTO
-
Faydasını eşidən bazara qaçır - ildə cəmi 3 ay satılır
-
7 addımda soyuducu təmizləməyin sirləri
-
Vyetnamın "VinFast" brendi yeni "VF 8" modelini təqdim etdi: qiyməti düşdü - FOTO
-
Yazda necə qidalanmaq lazımdır?
-
Mayın sonuna qədər sərvət qazanacaq BÜRCLƏR





