Hadisə

Atasının avtomobilini idarə edən yeniyetmə qəza törətdi - Xəsarət alan var

1 Mart 2025 19:14
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Muradlı Elnar Elşən oğlu atasına məxsus "Niva" markalı avtomobili sürərkən idarəertməni itirib. Maşın işıq dirəyinə çırpıldıqdan sonra aşıb.

Qəzada sürücü və sərnişinlərdən 2011-ci il təvəllüdlü Əlizadə Tünar Niyaməddin oğlu xəsarət aldığından təcili yardım vasitəsilə  rayon xəstəxanasına çatdırılıb.

Yaralılara ilkin tibbi yardım göstərilib. Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapallı kəllə beyin travması alan T.Əlizadə isə ixtisaslaşmış xəstaxanalardan birinə göndərilib.  

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.