İdman

Azərbaycan boksçuları Dünya Kuboku statuslu yarışda iştirak edəcəklər

1 Mart 2025 19:56
Baxış: 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu "Adriatik incisi" beynəlxalq turniri keçiriləcək.

Milli.Az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycan millisi həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunacaq.

Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kiloqram), Zidan Hümbətov (54 kiloqram) və Məhəmməd Cəfərova (+92 kiloqram) şans verəcək.

Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kiloqram), Cəmilə Sultanlı (50 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) rinqə çıxacaq.

"Adriatik incisi"ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.