Şou-biznes

"Nadir Qafarzadə toyda məni oxumağa qoymadı"

4 Dekabr 2025 00:12
Baxış: 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Günay İbrahimli həmkarı Nadir Qafarzadə ilə yaşadığı mübahisədən danışıb. 

Milli.Az xəbər verir ki, "Afaqla 10lar" verilişində etiraf edib. O, bildirib ki, Qafarzadə məclislərdən birində Günayı oxumağa qoymayıb.

Sənətçi ona ünvanlanan "Məclisdə səni saxlatdıran olub?" sualına "Bu yaxınlarda olub. Qəsdən edib: Nadir Qafarzadə. Mənim vaxtım idi, amma başqa müğənniyə yer verdi. Aparıcı müğənni Nadir idi. Məni heç təqdim də etmədi. Ev sahibinə bunu bildirdim. Aramızda heç vaxt problem olmayıb. Hər zaman münasibətimiz yaxşı olub. Ondan incidim və bunu zəng edib özünə dedim də" cavabını verib. (Axşam.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.