Türkiyə

Aref Qafuri barədə qərar verildi - FOTO

4 Dekabr 2025 00:38
Baxış: 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Borsa İstanbulun pay bazarında müəyyən səhm əməliyyatlarında manipulyasiya aparıldığı iddiası ilə başlayan istintaq çərçivəsində saxlanılan Aref Qafuri və digər şübhəlilər barədə qərar məlum olub.

Milli.Az xəbər verir ki, "Sermaye Piyasası Kurulu (SPK)"nun hesabatları əsasında bəzi səhm kağızlarında süni qiymət artımı yaradıldığı, spekulyativ hərəkətlərin həyata keçirildiyi müəyyən edilib. Bu səbəbdən 12 nəfər saxlanılaraq ifadələri alınıb.

10 nəfərdən 8-i - o cümlədən Aref Qafuri həbs olunub.

Keçmiş futbolçu Gökhan Gönül və iş adamı Cemal Çetinkaya da daxil olmaqla 4 şübhəli barəsində isə "evi tərk etməmək" (ev dustaqlığı) və "ölkədən çıxış qadağası" qərarı verilib. Onlar bu şərtlərlə sərbəst buraxılıb.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.