Moskva vilayətinin doğum evlərində xüsusi və duyğusal bir Yeni il aksiyasına start verilib. Dekabr ayında dünyaya gələn körpələr valideynlərinə bayram papaqları və Yeni il temalı kostyumlarla təqdim olunur. Bu barədə Moskva Vilayəti Səhiyyə Nazirliyi məlumat yayıb.
Milli.Az xəbər verir ki, həkimlər bildirirlər ki, bu təşəbbüs, uzun müddət körpələrini gözləyən ailələr üçün doğum evlərində xüsusi, daha isti və bayram ab-havalı bir mühit yaradır.
Lalə Qüdrətova
Milli.Az





