Ölkə

Bakının iki rayonunda oğrular saxlanıldı

1 Mart 2025 18:13
Baxış: 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının iki rayonunda oğurluq hadisəsi olub.

Milli.Az xəbər verir ki, Nizami rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 58 yaşlı E.Məmmədov müəyyən edilərək saxlanılıb.

Fevralın 28-də isə Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən marketlərin birindən müxtəlif məhsullar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı E.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.