Avropa İttifaqı (Aİ) diplomatiyasının keçmiş rəhbəri Cozep Borrell ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Vensi Ukrayna lideri Volodimir Zelenski ilə mübahisələrinə görə qınayıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun sözlərinə görə, Tramp və Vens biabırçı şou nümayiş etdiriblər. Diplomat həmçinin qeyd edib ki, o, Amerika liderlərinin davranışından utanır.
"Azad dünya Ukraynanı dəstəkləməlidir. Mən Zelenski ilə idim və yanında da qalıram", - Borrell yazıb.
Milli.Az