Cəmiyyət

Vətəndaşları çaşbaş qoyan boş lövhələr nə işə yarayır? - AYNA-dan AÇIQLAMA

1 Mart 2025 18:42
Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının bəzi avtobus dayanacaqlarında məlumat lövhələrinin olmaması, xüsusilə şəhəri yaxşı tanımayan insanlar üçün çətinliklərə səbəb olur.

Milli.Az xəbər verir ki, sərnişinlər məlumat əldə etmək üçün tez-tez çətinliklərlə üzləşir və bəzən bu, onları çaşdırır:

"Avtobuslar haqqında məlumat soruşanda çox adam cavab vermir. Məlumat lövhələrinin olmaması səbəbindən əziyyət çəkirik", - deyə bir sakin narazılığını bildirib.

Bu məsələyə münasibət bildirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtobus dayanacaq nişanları və marşrut xətləri ilə bağlı yeni standartların tətbiq edildiyini açıqlayıb.

Agentlikdən verilən məlumata görə, yeni qaydalara əsasən, avtobus dayanacaqlarında və sərnişinlər üçün vacib olan məlumatların əks olunduğu lövhələr mərhələli şəkildə quraşdırılacaq. Həmçinin, marşrut şəbəkəsinin yenidən işlənilməsi və köhnə lövhələrin yenilənməsi prosesi həyata keçiriləcək. Bu işlər başa çatdıqdan sonra marşrutların nömrələri ilə bağlı yeni lövhələr sərnişinlərin istifadəsinə veriləcək.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.