Dünya

Ərdoğan onunla Rusiya-Ukrayna müharibəsini müzakirə etdi

1 Mart 2025 18:21
Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığında Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin məbuat xidməti məlumat yayıb.

"Prezident Ərdoğan İngiltərə Baş naziri Kir Starmer ilə telefon danışığı aparıb",  məlumatda bildirilib.

Qeyd olunub ki, tərəflər Ankara ilə London arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

"Prezident Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə ədalətli və davamlı sülhün bərqərar olması ilə Rusiya və Ukrayna arasında müharibənin tezliklə sona çatması üçün səy göstərir", - məlumatda deyilir.

Bundan başqa, Türkiyə lideri ölkəsinin indiyədək etdiyi kimi, danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, sülhü asanlaşdırmaq üçün lazım olanı etməyə hazır olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.