Ölkə

Qazaxıstanda zirehli texnikaya Hökumə Əliyevanın adı verildi

1 Mart 2025 09:56
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adı verilib.

Milli.Az oxu.az-a istiadən xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Sənayesi Kompleksi Müəssisələri Assosiasiyasının idarə heyətinin sədri Aybek Barısov "Instagram" hesabında məlumat verib.

"Ruhun şad olsun, türk millətinin qəhrəman qızı! Biz sənin qəhrəmanlığını gələcək nəsillərə mütləq çatdıracağıq", - o, paylaşımını bu sözlərlə şərh edib.

A.Barısov bildirib ki, Hökumə öz həyatının sona çatacağını bildiyi halda həyəcan keçirmədən, son anadək insanların həyatını xilas etmək üçün mübarizə aparan bir qəhrəmandır. Hərbi ambulansın da məqsədi məhz insanların həyatını xilas etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.