Hadisə

Güclü yanğın baş verən ərazilərdə minalar partladı - yenilənib - VİDEO - FOTO

22 İyul 2025 23:10
Baxış: 1 723
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

23:10

Yanğının baş verdiyi ərazilərdə beş partlayış qeydə alınıb.

APA-nın yerli müxbiri xəbər verir ki, partlayış əsasən Ağdərə rayonu ərazisində qeydə alınıb.

Partlayışın üçü axşam saatlarında, ikisi isə bir neçə dəqiqə əvvəl qeydə alınıb.

Partlayışın səbəbinin ərazidəki mina və partlamamış döyüş sursatının olduğu ehtimal olunur.

Qeyd edək ki, yanğın baş verən əraziyə 4 xüsusi texnika və 50 nəfərə qədər şəxsi heyət cəlb olunub

---------
22:55

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

--------
22:43

Əldə etdiyimiz məlumata görə, yanğın baş verən ərazilərdə ardıcıl olaraq 3 dəfə mina partlayışı baş verib. Hazırda yanğının söndürülməsi prosesi davam edir.

----------
22:16

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə  yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan  yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.

Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.

Hazırda yanğının söndürülməsi üçün FHN-nin Ağdamdan 2 yanğınsöndürən maşın və işçi qüvvələri və ətraf rayonların Xocalı və Ağdərə rayonundan hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.

Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar. Hazırda yanğın davam edir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.