İdman

Messi diskvalifikasiya oluna bilər

22 İyul 2025 22:30
Baxış: 430
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in Ulduzlar Matçında iştirakdan imtina etdiyi üçün cəzalandırıla bilər. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı argentinalı futbolçu sözügedən qarşılaşmadan öncə komandanın məşqinə qatılmayıb. O, MLS turnirində bir oyunluq diskvalifikasiya oluna bilər. 

MLS-in ulduzlarından ibarət komanda 23 iyulda Meksika çempionatının ən yaxşılarından qurulan heyətlə qarşılaşacaq.

Qeyd edək ki, Messi bu mövsüm "İnter Mayami"nin heyətinə 29 oyunda 24 qol vurub və 8 məhsuldar ötürmə verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.