Ölkə

Hərbi Prokurorluqda yüksək vəzifəyə yeni - Təyinat

22 İyul 2025 17:10
Baxış: 932
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hərbi Prokurorluqda yeni təyinat olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi təyin edilib.

Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, iyulun 15-də də Respublika Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub. Baş prokuror Kamran Əliyevin əmri ilə, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev vəzifəsindən azad edilərək, digər əmr ilə Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifəsinə təyin edilib.

Hərbi Prokurorluqda islahatlar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.