Ölkə

Qatarın qarşısına qəfil insan çıxması faciəyə səbəb oldu

1 Mart 2025 17:51
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.

Bu barədə Milli.Az-a ADY-nin mətbuat xidmətindən məlumat verilib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.

Hadisə aidiyyəti üzrə araşdırılır.

"Azərbaycan Dəmir Yolları piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.