Mədəniyyət

Gənc Tamaşaçılar Teatrının “ArtStudiya” teatr studiyasında hazırlanan “Ana” tamaşasının premyerası keçirilib - FOTOlar

1 Mart 2025 18:50
Baxış: 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının "ArtStudiya" teatr studiyasında hazırlanan "Ana" tamaşasının premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə tanınmış Çex yazıçısı Karel Çapekin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Müşviq Elmanoğlu, quruluşçu rəssamı Şahin Hüseynli, musiqi tərtibatçısı Aygül Quliyevadır. 

Tamaşada aktyorlar Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Anar Səfiyev, Araz Pirimov, İlhan Sadıqov, Mətləb Abuşov, Hüseyn Bayramov iştirak edirlər.

1938-ci ildə yazılmış əsərdə faşizmə qarşı mübarizə və müharibənin gətirdiyi mənəvi sarsıntılar, iztirablar təsvir olunur. Ana Doloresin həyat yoldaşını və oğullarını müharibədə tədricən itirməsi bunların fonunda baş verən hadisələr təsvir edilir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.