Dünya

Quşla toqquşan təyyarə havada alışdı - VİDEO

1 Mart 2025 22:04
Baxış: 1 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın "FedEx" kuryer şirkətinə məxsus təyyarə Newark Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra FedEx təyyarəsinin mühərriki qəfil alovlanıb, bu da təcili enişə səbəb olub.

Milli.Az xəbər verir ki, hadisə yerindən çəkilmiş görüntülərdə Boeing 767-3S2F tipli təyyarənin sağ mühərrikindən alov püskürdüyü və saat 08:00 radələrində sürətlə yenidən eniş zolağına yönəldiyi görünür.

New York və New Jersey Liman İdarəsi ilə FedEx-in verdiyi məlumata görə, qəfil alovlanmaya quşun mühərrikə çırpılması səbəb olub.

"Newarkdan Indianapolisə uçan FedEx 3609 reysi havaya qalxarkən quşla toqquşma yaşadı. Ekipajımız təcili vəziyyət elan edərək təhlükəsiz şəkildə Newark-a qayıtdı. Biz ekipajımızın və ilk yardım qruplarının sürətli hərəkətlərinə görə minnətdarıq," - FedEx nümayəndəsi The Post-a bildirib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.