Dünya

Sentyabra qədər nikah bağlamayan şəxslərin əmək müqaviləsi ləğv ediləcək

2 Mart 2025 19:35
Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Şandun əyalətində yerləşən "Shuntian Chemical Group" şirkəti subay və boşanmış işçilərinə qeyri-adi və mübahisəli bir qayda tətbiq edib.

Milli.Az xəbər verir ki, şirkət 2025-ci ilin sentyabr ayına qədər evlənməyən işçilərinin işdən çıxarılacağı xəbərdarlığını edib. Yeni qaydalara əsasən, 28-58 yaş aralığında olan subay işçilər mart ayının sonuna qədər özlərinə aid tənqidi məktub yazmalı, iyun ayına qədər evlənmədikləri halda xüsusi qiymətləndirmə prosesinə daxil ediləcəklər. Sentyabr ayına qədər nikah bağlamayan işçilərin əmək müqaviləsi isə ləğv ediləcək.

Şirkət bu qərarı ənənəvi Çin dəyərlərini dəstəkləmək məqsədi ilə verdiyini bildirsə də, həm hökumət rəsmiləri, həm də cəmiyyət bu addımı tənqid edib. Rəsmi qurumlar bu qaydanın əmək qanunvericiliyinə zidd olduğunu və işçilərin hüquqlarını pozduğunu açıqlayıb.

Asya
Milli.Az 

 
 
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.