Cəmiyyət

Namaz qılmayan şəxs oruc tuta bilərmi?

2 Mart 2025 22:35
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaman-zaman İslam dünyasında, o cümlədən Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır.

Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələyə münasibət bildirib.

Təəssüf ki, biz özümüzdən daha çox başqalarının əməllərini təftiş etməyə meylliyik.

İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edir. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir. 

Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir problem yoxdur. Bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq. 

Ona görə dəyərli müsəlman qardaş və bacılar, daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. Qiyamət günü biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq.

Allah bütün dua və ibadətləri qəbul etsin! Allah ölkəmizi, ölkə başçımızı, dövlətimizi qorusun!", - o qeyd edib. (Modern.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.