Ölkə

Ramazanda restoranlarda xeyir iş üçün müraciətlər artdı - VİDEO

2 Mart 2025 21:55
Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayı matəm yox, bayram ayıdır. Amma insanların çoxu adətən bu ayda toy-nişan məclisləri etmirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu yazılmamış qaydaya illərdir ki, riayət olunur.

Həmsöhbət olduğumuz restoran sabibləri isə deyirləri ki, ötən illərlə müqayisədə bu il məclis üçün müraciət edənlərin sayı artıb. Onların sözlərinə görə, hələ ki, toy etmək istyənlər olmasa da, nişan və xınayaxdı məclisləri çoxdur.

Müraciətlərin artmasına səbəb həm də orucluğun soyuq havalara təsadüf etməsidir. Çünki iftar vaxtı saat 18-19 radələrində olduğuna görə məclis sahibinə uyğundur.

İlahiyyatçılar isə deyirlər ki, Ramazan ayında toy, nişan və xınayaxdı məclisləri təşkil etmək İslam dinində günah sayılmır.

İlahiyyatçılara görə, Ramazan ayında toyların spirtli içki olmadan baş tutması məqsədəuyğun sayılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.