Hadisə

Sabirabadda avtomobil kanala aşdı - yaralananlar var

2 Mart 2025 23:31
Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad rayonunda avtomobilin kanala aşması nəticəsində beş nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şıxlar kəndi ərazində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı minik vatomobili anidən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində Sabirabad rayon sakinləri - 1977-ci il təvəllüdlü Abbasov Babək Yusif oğlu, 2001-ci il təvəllüdlü Adilov Əvəz Rəhman oğlu, 1991-ci il təvəllüdlü Fərəcov Davud Ramiz oğlu, 1991-ci il təvəllüdlü Hüseynov Ceyhun Məhəmməd oğlu və Abşeronun Xırdalan qəsəbəsinin sakini 1998-ci il təvəllüdlü Məmmədzadə Babək Ehtiram oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Zərərçəkmişlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.