Martın 2-də saat 18:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə bir neçə gün davam edən yüksək hərarət şikayəti ilə hospitalizasiya edilib.
Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, azyaşlı xəstəyə hipertermiya diaqnozu təyin olunub, zəruri tibbi yardım göstərilib: "Xəstənin vəziyyəti stabilləşdiyi üçün valideynlərinin istəyilə müalicəsinin Qaradonlu Ailə Sağlamlıq Mərkəzində davam etdirilməsi qərara alınıb.
Azyaşlıya Qaradonlu Ailə Sağlamlıq Mərkəzində tibbi yardım göstərilib. Lakin azyaşlı şok vəziyyətinə düşüb, reanimasiyon yardımın göstərilməsi məqsədi ilə pasiyent yenidən İmişli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Həkimlərin çoxsaylı cəhdlərinə və göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Ölümün bilavasitə səbəbinin dəqiqləşdirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (İmişli rayon) təşrih olunması üçün təhvil verilib".
Milli.Az