Texnologiya

8 gün sonra bu şəxslərin "WhatsApp"ı İŞLƏMƏYƏCƏK

3 Mart 2025 13:25
Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən məşhur mesajlaşma proqramlarından biri olan "WhatsApp" bu il martın 10-dan köhnə telefon modellərinə xidmət göstərməyi dayandırmağı planlaşdırır.

Milli.Az xəbər verir ki, əsas səbəb smartfonların dəstəkləmədiyi yeni funksiyaların tətbiqinin çətinliyidir.

İlkin məlumata görə, proses 2025-ci il mayın 5-dək davam edəcək. Beləliklə, fevralın 17-dən etibarən "WhatsApp" tətbiqi artıq Android 4.4 KitKat və əvvəlki versiyaları ilə işləyən telefonları dəstəkləmir.

Proqram həmçinin artıq Samsung Galaxy S3 və Note 2 smartfonlarında, birinci nəsil Motorola Moto G, HTC One X, LG Optimus G və Nexus 4 və bəzi Sony Xperia modellərində işləmir.

Lakin may ayının əvvəlinə yaxın tərtibatçılar Apple-ın köhnə iPhone modelləri üzərində işləyəcəklər - tətbiqi iPhone 6 və iPhone 6 Plus-da yükləmək mümkün olmayacaq. Bu cihazlarda messencerdən istifadə etməyə davam etmək üçün iOS 15.1 və ya daha yeni versiyaya yeniləmək lazımdır./baku.ws

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.