Ölkə

Azərbaycanda bu valyuta bahalaşdı - növbə dollarındır? – Açıqlama

3 Mart 2025 12:24
Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günün valyuta məzənnələrini açıqlayıb. Belə ki, 2025-ci il martın 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0465 manat olub. Avro isə 1,7710 manatadək bahalaşıb. Bu proses isə dolların aqibəti ilə bağlı məsələni gündəmə gətirib.

Avrodan sonra dollar da bahalaşa bilərmi?

Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, Azərbaycan Mərkəzi Bankı manat və avro deyil, dollar və manat arasında olan münasibətləri tənzimləyir:

"Yəni makroiqtisadi sabitliyin qorunması üçün manatın məzənnə stabilliyinin saxlanması siyasəti davam etdirilir. Bu baxımdan 1 dollar 1 manat 70 qəpik olaraq müəyyən olunur. Dollar avro qarşısında ucuzlaşarsa, bu, mahiyyət etibarı ilə avronun bahalaşması deməkdir. Çünki dollar manatla tənzimləndiyi üçün onun digər valyutalar qarşısında bahalaşması və ya ucuzlaşması birbaşa manatın həmin valyutalar qarşısında bahalaşması yaxud ucuzlaşmasına gətirib çıxarır. Yəni bu, avro-manat münasibətləri deyil, avro-dollar münasibətlərindən qaynaqlanır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.